Yan
2017
12:11
190
20
15738
Virtual karabakh

Bakının “ən təhlükəli” yolu sökülür – VİDEO

5 Yan, 2017
12:11
15738

Bakının “ən təhlükəli” yolu sökülür – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Neftçilər prospektindəki qatar relslərinin ləğvinə başlanılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanvarın 4-də relslərdən biri sökülüb, gecə saatlarında yerinə asfalt döşənib.

“Azəravtoyol” ASC-nin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi Namiq Alıcanov bildirib ki, relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür. Yaxın vaxtlarda Neftçilər prospektində qatar relsi qalmayacaq. Tıxaclara səbəb olmaması üçün söküntü işləri istirahət günləri aparılır. Növbəti istirahət günlərində qalan relslər də söküləcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri