Yan
2017
13:25
143
21
2854
Virtual karabakh

Zəyəmçay üzərində yerləşən qəzalı körpü bərpa edilib – FOTO + VİDEO

5 Yan, 2017
13:25
2854

Zəyəmçay üzərində yerləşən qəzalı körpü bərpa edilib – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpü bərpa edilib.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən, onun hər iki tərəfində 50 metr uzunluğunda, 9 metr hündürlükdə mühafizə və yeni sutənzimləyici qurğular inşa olunub.

Bundan başqa, körpünün yerləşdiyi ərazidə çay məcrasında su axınının sürətini azaltmaq məqsədi ilə dərinlik boyu hündürlüyü 1,2 metr artırılmaqla və örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılıb, 6 pilləvari qurğu inşa edilib. Qurğuların hündürlüyü 22 metr, ümumi uzunluğu 60 metr, eni isə 118 metrdir. Həmçinin körpünün dayaqlarının qorunması üçün 110 metr uzunluğunda, 90 metrenində dəmir-beton konstruksiyadan ibarət xüsusi qoruyucu sahə inşa edilib, körpünün yerləşdiyi ərazinin giriş və çıxış hissələrində 6 metr dərinlikdə, 800 mm diametrində 76 ədəd bərkidici svay vurulub.

Xatırladaq ki, 2016-cı ilin iyun-iyul ayları ərzində Şəmkir rayonu ərazisində aramsız yağan yağışlardan əmələ gələn sel suları nəticəsində yuyulma baş verib və körpü qəzalı vəziyyətə düşüb. Belə ki, diametri 1,2 m-lik svay özül üzərində inşa edilmiş körpüdə məcrada baş vermiş eroziya nəticəsində dəmir-beton örtüklü körpüaltı məcranın aşağı hissəsində 6,6 metr dərinlikdə yuyulma prosesi baş verib və saxlayıcı diş və dəmir-beton konstruksiyasının bir hissəsi dağılaraq qəzalı vəziyyətə düşüb.

2011-ci ildə inşa edilmiş 3 aşırımlı körpünün uzunluğu 96,3 metr, eni 11,5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Zəyəmçay üzərində inşa edilən körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür və alternativ yol yoxdur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri