Yan
2017
17:17
27
193
6697
Virtual karabakh

88 nömrəli avtobusla “Nissan-Patrol” toqquşdu – FOTO

5 Yan, 2017
17:17
6697

88 nömrəli avtobusla “Nissan-Patrol” toqquşdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 14:00 radələrində Bakının Rəşid Behbudov küçəsi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. 88 nömrəli sərnişin avtobus ilə “Nissan” markalı, 10-EC-444 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Oxu.Az sia.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi yoldan kənara çıxaraq səkiləri dağıdıb.

88 nörməli avtobusda olan sərnişinlər yaralanıb, müxtəlif xəsarətlər alıblar. Yaralı sərnişinlərdən 80 yaşlı Məlahət Məmmədovanın vəziyyəti isə daha ağırdır. Hadisə şahidlərinin verdiyi məlumata görə, günah “Nissan” markalı avtomobilin 19-20 yaşlı gənc sürücüsündə olub. Belə ki, o, yol hərəkəti qaydalarını pozaraq yolun sol üçüncü zolaq xəttindən sağa dönmə əməliyyatı keçirərkən hadisə baş verib. Təcili Tibbi Yardımın əməkdaşları xəsarət alanları xəstəxanaya aparıblar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri