Yan
2017
13:20
170
13
1410
Virtual karabakh

Təcili tibbi yardım avtomobillərinə kameralar quraşdırılacaq

6 Yan, 2017
13:20
1410

Təcili tibbi yardım avtomobillərinə kameralar quraşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda fəaliyyət göstərən təcili tibbi yardım avtomobillərin qarşısına və salonuna kameralar quraşdırılacaq”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə qurumun yekun hesabatına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzən yollarda digər avtomobillər təcili yardım maşınına yol verməməsi çağırış yerlərinə getməkdə yubanmaya səbəb olur: 

“Bunu nəzərə alaraq təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə və Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Təkliflərdə təcili yardım maşınlarının qarşısında kameranın quraşdırılması, onların onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən avtomobilin nömrəsinin qeydə alınaraq Dövlət Yol Polisinə (DYP) göndərilməsi məsələsi yer alıb”.
 
M.Mirzəzadə bildirib ki, həmin maşınların sahiblərinə hansı cəza tədbirlərinin görülməsi ilə bağlı DYP qərar verəcək: 

“Yollarda təcili yardım maşınları üçün əlavə zolaqların salınması müvafiq qurumlar tərəfindən verilə bilər. Yəni bu, bizim səlahiyyətimizə aid deyil. Ümumilikdə ötən il ərzində yalançı çağırışların sayı ötən illərlə müqayisədə azalıb. Çünki zəng vurulan nömrə qeydiyyata alınır və ciddi nəzarət olunur”.

Baş həkim vurğulayıb ki, təcili yardım avtomobillərin salonunda da kameraların quraşdırılması nəzərdə tutulur: 

“Bəzən əhali tərəfindən həkimlərə, orta tibb işççilərinə təzyiq edilir. Həmin kamera vasitəsilə həkimin xəstəyə necə yardım göstərməsi və digər hallar qeydə alınacaq. Təcili yardım maşınına xəstənin yaxınlarından biri buraxılır. Əgər narazı hallar olsa, kamera görüntülərinə baxılacaq və şikayətlər araşdırılacaq”. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri