Yan
2017
21:35
8
241
5464
Virtual karabakh

Zabrat yolunda 4 avtomobil toqquşub: Ölənlər var

7 Yan, 2017
21:35
5464

Zabrat yolunda 4 avtomobil toqquşub: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin  toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.

Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri