Yan
2017
16:50
10
156
3114
Virtual karabakh

Şirvanda avtomobil aşıb – FOTO

9 Yan, 2017
16:50
3114

Şirvanda avtomobil aşıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda avtomobilin dərəyə aşması nəticəsində iki nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib.

Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Elnur Eynulla oğlunun idarə etdiyi “KİA Sportage” markalı 90 GP 469 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yoldan çıxıb və dərəyə yuvarlanıb.

Nəticədə sürücü və sərnişin - Talış kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Fərid Şuru oğlu yüngül bədən xəsarətləri alıblar. Onlara Şirvan şəhər xəstəxanasında tibbi yardım göstərilib.

Avtomobil tamamilə yarasız vəziyyətə düşüb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri