11 
Yan
2017
09:24
32
218
17099
Virtual karabakh

2008-ci ilin avtomobili 2005-ci ildə radara düşdü – VİDEO

11 Yan, 2017
09:24
17099

2008-ci ilin avtomobili 2005-ci ildə radara düşdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2008-ci ildə istehsal olunan avtomobil 2005-ci ildə radara düşüb. Bakı sakini Anar Ramazanov, aldığı avtomobili adına keçirmək üçün onun köhnə sahibi ilə birlikdə Baş Dövlət Yol Polisi idarəsinə yaxınlaşıb.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, DYP-də Anara avtomobilin adında cərimə olduğu deyilib və alqı-satqının həyata keçirilməsi üçün cərimənin ödənilməsi şərt kimi göstərilib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Məlum oldu ki, problem, texniki səhv ucbatından baş verib. Nadir hallarda min sürücüdən birininin başına belə bir hadisə gəlir. Əslində, avtomobilin əvvəlki sürücüsü 2012-ci ildə radara düşüb. Cərimənin müddəti bitdiyinə görə məsələ öz həllini tapıb. Daha dəqiq desək, artıq sistem belə bir cərimənin mövcud olmadığını göstərir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri