Mar
2017
14:46
53
221
8580
Virtual karabakh

Sürücü qadına əsəbiləşdi: Camaatı bədbəxt edəcəksən... – VİDEO

7 Mar, 2017
14:46
8580

Sürücü qadına əsəbiləşdi: Camaatı bədbəxt edəcəksən... – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda sürücü ilə piyada arasında mübahisə yaranıb.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, yerüstü keçid ola-ola piyada avtomobil yolundan keçməyə cəhd göstərir.

Bu zaman avtomobilini saxlayan sürücü əvvəlcə qadına əsəbiləşsə də, sonradan yolu bu cür keçməyin riskli olduğunu uzah edir. Bildirir ki, bu həm onun həyatı, həm də sürücülər üçün ciddi təhlükədir. Daha sonra sürücü qadına yerüstü keçidi göstərərək ondan istifadə etməyi tövsiyə etsə də, qadın onun sözünü dinləmədən yolu keçməyə davam edib.

Qeyd edək ki, piyadalar yol hərəkəti qaydalarının pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İnsanların müəyyən olunmayan yerlərdən keçdiyinə görə 20 manat miqdarında cərimə olunurlar.

Əfsuslar olsun ki, bəzi piyadalarımız “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsinə əməl etməmələri nəticəsində cərimə olunduqda, bəzən bunu xəbərdarlıqla da kifayətlənə biləcəyini söyləyirlər. Qanunvericilikdə piyadalar tərəfindən yol hərəkəti qaydalarını pozulmasına görə yalnız cərimə nəzərdə tutulub. Bu cərimələr də yeraltı, yerüstü keçidlərin olduğu ərazilərdə qaydaları pozan piyadalara tətbiq olunur. 

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri