Mar
2017
12:00
285
25
28331
Virtual karabakh

Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu – YENİLƏNİB

9 Mar, 2017
12:00
28331

Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, “ZİL” markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb.

Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı, “ZİL”-in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb.

Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb. 

11:24

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusun sürücüsü saxlanılıb.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən Report-a bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. 

“Onun qarşısına piyada çıxmayıb”, - deyə idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin onun sərxoş olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri