17 
Apr
2017
11:36
24
76
1485
Virtual karabakh

Fettel “Formula 1”-in Bəhreyn Qran-prisinin qalibi oldu

17 Apr, 2017
11:36
1485

Fettel “Formula 1”-in Bəhreyn Qran-prisinin qalibi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Ferrari” komandasının pilotu Sebastyan Fettel Bəhreyn Qran-prisində finiş xəttinə ilk çataraq “Formula 1”-in 3-cü mərhələsinin qalibi olub.

Oxu.Az xəbər verir ki, yarışmanın ikincisi “Mercedes” komandasının pilotu Lyuis Hemilton, üçüncüsü isə onun komanda üzrə tərəfdaşı Valtteri Bottas olub. 

“Toro Rosso” komandasını təmsil edən rusiyalı Daniil Kvyat finiş xəttinə 12-ci gəlib.  

Fettel çempionatın lideridir, onun aktivində 68 xal var, Hemilton 61 xal ilə ikinci, 38 xal ilə Bottas üçüncüdür. 

“Formula 1”-in növbəti mərhələsi aprelin 28-30 tarixlərində Soçidə keçiriləcək. 

E.Ə. 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri