Mar
2017
17:49
35
536
16167
Virtual karabakh

Faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş – YENİLƏNİB

9 Mar, 2017
17:49
16167

Faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Bakı–Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Nəqliyyat Nazirliyi bildirir ki, marşrutu üzrə sərnişindaşıma həyata keçirən “50 BL 132” dövlət nömrə nişanlı “Ford Tranzit” markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. 

Bu barədə Oxu.Az-a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb:

“Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq “Memar Əcəmi” metro stansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib”. 

15:55

Bu gün səhər Bakı-Sumqayıt yolunda insan tələfatı ilə nəticələnən qəzaya səbəb olan “Ford” markalı mikroavtobus qanunsuz fəaliyyət göstəribmiş.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. 

O, hazırda araşdırma aparıldığını qeyd edib:

“Avtobus “20 Yanvar” - Sumqayıt istiqamətində qeyri-qanuni olaraq fəaliyyətdə olub. Ona görə də proses Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır və ekspert rəyindən sonra açıqlama veriləcək”.

Ş.Mehmanqızı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı və marşrut kartı verilmədiyini qeyd edib:

“Ford” markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib”. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri