Mar
2017
22:31
19
141
2445
Virtual karabakh

“Formula 1” sınaqlarından sonra 10 sual

9 Mar, 2017
22:31
2445

“Formula 1” sınaqlarından sonra 10 sual

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çoxdandır ki, “Formula 1”-in növbəti mövsümü belə maraqla gözlənilmirdi. Yeni texniki reqlament ilə bağlı suallar çoxdur və birinci sınaq həftəsi bütün bu suallara cavab vermədi. 2017-ci ilin avtomobilləri barədə ilkin təsəvvürümüz isə artıq var.  

Almaniyanın “Auto Motor und Sport” nəşrinin jurnalistləri əsas nəticələri ümumiləşdirib sual-cavab formasında təqdim ediblər. 

Yeni avtomobillər köhnələrdən nə dərəcədə sürətlidirlər? 

Müqayisə üçün əvvəlki rekordlara nəzər salaq. Barselonada dairəni keçmək üzrə mütləq nəticə Felipe Masseyə məxsusdur: 2008-ci ildə o, “Ferrari” komandasında idi və 4,665 km məsafəni 1 dəqiqə 18,339 saniyəyə qət edib. 

2017-ci ilin ilk dördgünlük seriyasında ən yaxşı vaxt göstəricisi Valtteri Bottasa məxsus oldu. 1 dəqiqə 19,705 saniyə. “Pirelli” ideal şəraitdə 1 dəqiqə 18 saniyə göstəricini də gözləmək mümkün olduğunu bildirib. 

Yarışçıların tapşırığı çətinləşibmi?

Birmənalı şəkildə. Luyis Hemilton 2017-ci ilin avtomobillərinin sadəcə ən sürətli deyil, eləcə də istifadədə ən mürəkkəb olduğunu da bildirib. Amma iş sadəcə artan sürətdə deyil. Felipe Massanın fikrincə, əgər avtomobil sürüşməyə başladısa, ona nəzarəti bərpa etmək çətindir. “Avtomobil keçən ilkindən daha az sürüşür, amma təkərin yol ilə təmasının itməsi ani, xəbərdarlıqsız baş verir”. 

“Ferrari” nə dərəcədə yaxşıdır? 

“Ferrari” keçən ilkindən daha yaxşı görünür. Dörd günlük sınaqların iki günü ərzində ən yaxşı göstəricilər “Ferrari” pilotlarına məxsus idi. Amma rəqiblər qırmızı avtomobilin çənində daha az yanacağın olduğunu düşünürdülər. Amma “SF70H” rezini “Mercedes” və “Red Bull” avtomobillərində olduğundan daha tez korlanırdı…

Niyə görə “RED BULL RB13” sürəti ilə təəccübləndirmədi? 

“Red Bull” pilotlarının nəticələri “Mercedes” pilotlarının nəticələrindən 1 saniyə geridə idi. Yalnız uzun dairələr silsiləsində RB13 rəqiblərinin səviyyəsində idi. Sanki “Renault” mühərrikləri əvvəlki kimi “Mercedes”dən geri qalırdılar, maksimal sürətə görə isə “Red Bull” sabit şəkildə üçüncü yerdə idi. 

Mercedes mühərriki əvvəlki kimi ən güclüdür? 

Hələlik bu suala təsdiq cavabı verilmək lazımdır. Amma “Ferrari” liderlərə çox yaxınlaşıb, amma onların avtomobili maksimal sürətdə W08-dən geri qalır. 

Hazırda aerodinamika mühərrikdən vacibdir?

Birmənalı şəkildə xeyr. Sürət əvvəlki kimi gücdən asılıdır, belə ki, pilotların tam basılmış qaz pedalı ilə keçdikləri dairənin həcmi 10% artıb. 

Şinlər daha yaxşı olub?

Sözsüz. Elə təsəvvür yaranır ki, “Pirelli” öz vəzifəsinin öhdəsindən yaxşı gəlib. Rezin qızmır, deməli, daha az deqradasiyaya uğrayır, korlanma səviyyəsi də azalıb. 

Yarışlar daha da maraqlı olacaqmı?

Hələlik onların taktik planda daha aydın olacağını iddia etmək olar, belə ki, pit-stopların sayı az olacaq. 

Hər hansı qeyri-adi texniki həll peyda olubmu?

Hələlik belə bir şey görmürük. Amma bəzi həllər diqqət çəkirdi, məsələn, “Red Bull” ön hissəsində dəlik, Ferrarinin yan tərəflərində əlavə aerodinamik elementlər, Mersedes və Toro Rossonun ön hissəsində düyünlər. 

Orta-komandaların uğur qazanma şansı varmı?

Sınaqların nəticələrinə görə, sürətdə heç kim “Mercedes”, “Ferrari” və “Red Bull Racing” avtomobillərini ötə bilmir.  Qalanları isə aerodinamik tədqiqatlar zamanı gözlənilməz ixtira edildiyi və ya ilk üçlükdə olan komandalardan hansı birinin səhvə yol verdiyi zaman uğura ümid edə bilərlər. 

E.Ə.
www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri