13 
Mar
2017
11:22
5
143
1559
Virtual karabakh

Bakıda naməlum avtomobil piyadanı vurub

13 Mar, 2017
11:22
1559

Bakıda naməlum avtomobil piyadanı vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda naməlum avtomobilin vurduğu 59 yaşlı kişi ağır kəllə-beyin travması alıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində 1958-ci il təvəllüdlü Babayev Baxış Saleh oğlunu naməlum avtomobil vurub. Ağır xəsarət alan B.Babayev xəstəxanaya yerləşdirilib.

Həkimlərin müayinəsindən sonra B.Babayevin sağ və sol qabırğalarının sındığı, ağır kəllə-beyin travması aldığı məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri