13 
Mar
2017
12:37
130
15
12438
Virtual karabakh

Sumqayıt yolunda qəzada xəsarət alan tələbələrin – SON VƏZİYYƏTİ

13 Mar, 2017
12:37
12438

Sumqayıt yolunda qəzada xəsarət alan tələbələrin – SON VƏZİYYƏTİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alan tələbələrin durumu stabildir.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova lent.az-a bildirib ki, qəza zamanı xəsarət alan tələbələrdən 5-nin müalicəsi hazırda Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir: 

“Qəza sonrası Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmiş iki xəstə isə 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb. Hər iki qız çənə nahiyəsindən əməliyyat olunmalıdır. Amma durumları stabildir. Qorxulu bir şey yoxdur”.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 1997-ci il təvəllüdlü Rəsul Sadıqov və 1999-cu il təvəllüdlü Emin Həmidovun da vəziyyəti stabildir və müalicələri davam etdirilir.

Xatırladaq ki, martın 9-da Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri