13 
Mar
2017
13:16
150
28
4032
Virtual karabakh

Kürdəmir rayonunun avtomobil yolu yenidən qurulur – FOTO + VİDEO

13 Mar, 2017
13:16
4032

Kürdəmir rayonunun avtomobil yolu yenidən qurulur – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəravtoyol” ASC Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli kəndlərarası avtomobil yolunun yenidən qurulması layihəsini həyata keçirir.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən xəbərə görə, yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılmış olacaq.

Eyni zamanda, yol boyu yaşayan vərəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Yenidən qurulan IV texniki dərəcəyə uyğun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 m təşkil edir. Hazırda ərazidə 10 m enində yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yenidən qurulan yolun hərəkət hissəsinin eni layihə çərçivəsində 6 m, çiyinlərin eni isə 2 m təşkil edəcək. Tikintisi aparılan yol 2 hərəkət zolağından ibarət olacaq.

Torpaq işləri bitdikdən sonra yolun 200 min kv.m-dən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bununla belə, tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 11 ədəd suötrücü boruları quraşdırılması işləri də aparılacaq.

Bundan başqa, yol üzərində yerləşən 2 ədəd avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Hər iki körpünün uzunluqları 60 m, hərəkət hissələrinin eni isə 5-6 m təşkil edir.

Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, yenidənqurma işləri 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investesiya xərcləri) xərcləri hesabına aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri