13 
Mar
2017
17:46
32
326
5108
Virtual karabakh

Bakıda sürücü magistral yolda əks istiqamətdə hərəkət edib – VİDEO

Bakıda “VAZ 2107” markalı avtomobil kobud şəkildə qayda pozub.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, avtomobil sahibi magistral yolda əks istiqamətdə hərəkət edib.

Sürücünün bu ağlasığmaz hərəkətini digər bir avtomobildən çəkmək mümkün olub. Görünür, taksi sürücüsü müştərini qısa yolla aparmaq üçün bu cür addım atıb. Yolda bu cür qayda pozuntusunun başqa absurd bir izahı ağla gəlmir.

Xatırladaq ki, buna oxşar hadisə bir neçə gün öncə baş vermişdi. “ZİL” markalı yükmaşını əks yolda hərəkət edərək kobud qayda pozuntusuna yol vermişdi. Hadisədən dərhal sonra həmin sürücü polis əməkdaşları tərəfindən saxlanılmış və haqqında intizam tədbiri görülmüşdü. Ümid edək ki, bu sürücü də insanların həyatına təhlükə yaradan hərəkətlərinə görə cəzalandırılacaq.

A.M.

www.oxu.az

Digər Avto-Moto xəbərləri