16 
Mar
2017
10:09
28
266
6952
Virtual karabakh

Bakıda sürücü avtomobilini yolun ortasında qoyaraq restorana getdi – FOTO

16 Mar, 2017
10:09
6952

Bakıda sürücü avtomobilini yolun ortasında qoyaraq restorana getdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Hyundai” markalı, 10-UZ-721 dövlət nömrə nişanlı avtomobil sürücülərə çətin anlar yaşadıb.

Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, Orxan adlı oxucu bildirir ki, iki gün əvvəl “Hyundai” markalı avtomobil Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yolun ortasında saxlanılıb:

“Avtonəqliyyatı yiyəsi yolun ortasında qoyub getmişdi. Yiyəsini oralarda axtardıqdan sonra məlum oldu ki, ərazidə yerləşən restoranlardan birində yemək yeyir. Ofisianta deməyimə baxmayaraq, avtomobili yolun ortasından götürən olmadı. 

Bildirmək istəyirəm ki, Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomaşınlara çox böyük narahatlıq yaradırdı”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri