13 
Apr
2017
10:58
122
24
3308
Virtual karabakh

“Tesla” ABŞ-ın ən bahalı avtomobil şirkəti oldu

13 Apr, 2017
10:58
3308

“Tesla” ABŞ-ın ən bahalı avtomobil şirkəti oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tesla” şirkəti ABŞ-ın ən bahalı avtomobil korporasiyası oldu. Bazar ertəsi o, “General Motors”u geridə qoyub, bunu satışın nəticələri sübut edir. 

Oxu.Az xəbər verir ki, bu barədə RG yazır. 

“Tesla”nın kapitalı 51,53 milyard dollardan ibarətdir, bu isə rəqib şirkətin dəyərindən 1 milyard dollar artıqdır. 

Şirkətin səhmlərinin artımı 3,1% və ya 311,93 dollara qədər olub, AFP məlumat yayıb. 

2016-cı ildə “Tesla” 84 min avtomobil satıb. Onun gəliri 7 milyard dollardan ibarət olub. Bununla yanaşı, 2016-cı ildə şirkət nüfuzunun aşağı düşməsinə görə zərər çəkdi. Buna səbəb olan hadisələrdən biri pilotsuz avtomobilin iştirakı ilə baş verən qəzada bir nəfərin ölməsi idi. Zərər 773 milyon dollardan ibarət oldu. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri