13 
Apr
2017
16:02
20
199
3173
Virtual karabakh

Bakıda avtobus qəza törədib: Xarici vətəndaş xəsarət alıb

13 Apr, 2017
16:02
3173

Bakıda avtobus qəza törədib: Xarici vətəndaş xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda baş verən yol qəzasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı xəsarət alıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolu küçəsi 12 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Kamran Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobus piyada keçidində dayanmış 38 yaşlı Sadıq İsrafilovun idarə etdiyi “Subaru” markalı avtomobilin arxa hissəsindən vurub.

Qəza nəticəsində S.İsrafilovun sərnişini BƏƏ vətəndaşı, 1994-cü il təvəllüdlü Al Sehhi Ahmad Raşid Hamdan kəllə-beyin travması alıb. O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri