14 
Apr
2017
16:25
38
621
58319
Virtual karabakh

Bakıda ağır qəza: Üç nəfər yanaraq öldü – FOTO + VİDEO + YENİLƏNİB

14 Apr, 2017
16:25
58319

Bakıda ağır qəza: Üç nəfər yanaraq öldü – FOTO + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Zığ yolunda baş verən dəhşətli qəzanın videosu yayılıb. 

Oxu.AzQafqazinfo”nun verdiyi xəbərə görə, 3 nəfərin yanaraq öldüyü “10 AX 002” nömrəli “VAZ-2104” (ilkin məlumatda “VAZ-2107” kimi təqdim olunub – red.) markalı avtomobilin alışmasını oradan keçən sürücülər videoya çəkiblər.

İlkin ehtimala görə, avtomaşının yanmasına benzin çəninin deşilməsi səbəb olub. Yanğınsöndürən maşınlar gələnə kimi ətrafda toplanan sürücülərin heç birinin avtomaşınında yanğın əleyhinə maddə olmadığı üçün bir köməklik edə bilməyiblər.

11:23

Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Zığ şossesində “KİA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.

10:06

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil “KİA” markalı avtomaşınla toqquşub. Hadisə zamanı “VAZ-2107” markalı avtomaşın alışaraq yanıb. 

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

FHN-dən bildirilib ki, hadisə zamanı “VAZ-2107”-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Araşdırmalar davam etdirilir.

09:27

Bu gün Bakının Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza səhər saatlarında olub.

“KİA” markalı “90 VT 097” nömrəli avtomobillə “10 AX 002” nömrəli “VAZ-2107” markalı avtomaşın toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı avtomaşın alışaraq yanıb.

İlkin məlumata görə, avtomobilin içində 2 nəfər yanaraq ölüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri