14 
Apr
2017
12:48
14
119
3514
Virtual karabakh

Bakının bir neçə prospektində avtomobil yolları bağlanacaq – YENİLƏNİB

14 Apr, 2017
12:48
3514

Bakının bir neçə prospektində avtomobil yolları bağlanacaq – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 15-dən 23-nə qədər Bakının Niyazi küçəsinin bir hissəsi asfalt örtüyünün çəkilməsi məqsədilə bağlı olacaq.

Oxu.Az xəbər verir ki, Respublika Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Niyazi küçənin Azneft dairəsindən İstiqlaliyyət küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. 

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

12:35

Bu gün axşam saatlarına qədər Bakının Nizami rayonunda, Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, buna səbəb avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işlərinin davam etdirilməsidir.

“Bu gün axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər isə rənglənmə işləri paytaxtın Nərimanov və Xətai rayonlarında, “Ramstore” yol qovşağında (10-cu zavod dairəsi) aparılacaq. Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalacaq. “Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir”, - deyə məlumatda qeyd edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri