14 
Apr
2017
17:13
22
281
11456
Virtual karabakh

Polis avtomobillə vurulan piyadanın yaxınlarını axtarır – FOTO (18+)

14 Apr, 2017
17:13
11456

Polis avtomobillə vurulan piyadanın yaxınlarını axtarır – FOTO (18+)

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 13-də, gecə saat 00:10 radələrində Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. 

Oxu.Az Report”-a istinadən xəbər verir ki, DYP-nin Saray postunun yaxınlığında naməlum avtomobil təxminən 30-40 yaşlarında olan kişini vuraraq hadisə yerindən qaçıb. 

Fotoda gördüyünüz şəxs hadisə yerindəcə keçinib.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, mərhumun üst çənə dişləri qızıldır. Əynində qara gödəkcə olub. Üzərində heç bir sənəd olmadığı üçün onun kimliyini müəyyən etmək mümkün olmayıb. Həmin şəxsi tanıyanlardan və hadisə barədə məlumatı olanlardan xahiş olunur ki, Baş Dövlət Yol Polisi İdarəsinin 902 qaynar xəttinə, yaxud da Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat versinlər. Məlumat verənlərin anonimliyi qorunacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri