17 
Apr
2017
15:54
15
102
1746
Virtual karabakh

Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılır

17 Apr, 2017
15:54
1746

Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 17-dən 18-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Binəqədi qəsəbəsi Mehdiabad və Novxanı yollarının kəsişməsində inşa olunan yeni dairədən başlayaraq Novxanı qəsəbəsi Corat və Masazır yollarının kəsişməsinədək olan hissəsində tətbiq olunacaq.

Məhdudiyyət təmir işləri bitənədək qüvvədə saxlanılacaq. Sözügedən yolla hərəkət intensivliyi nəzərə alınaraq işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən alternativ olaraq Novxanı-Masazır yolundan istifadə etməkləri tövsiyə olunur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri