17 
Apr
2017
18:06
37
425
6964
Virtual karabakh

Yol polisi 120 km/saatlıq yolda avtomobili əks istiqamətdə sürdü – VİDEO

17 Apr, 2017
18:06
6964

Yol polisi 120 km/saatlıq yolda avtomobili əks istiqamətdə sürdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yol polisi əməkdaşı sürücülərə təhlükəli anlar yaşadıb.

Oxu.Az-ın məlumatına görə, hadisə şahidlərinin missiya.az-a göndərdiyi videoda yol polisi əməkdaşının xidmət avtomobili ilə yolun əks istiqamətində yüksək sürətlə hərəkət etdiyi öz əksini tapıb.

Hadisə Bakı-Qazax yolu, Qobustan rayonundan Sanqaçal qəsəbəsi istiqamətində baş verib.

Polis əməkdaşı hərəkət zamanı avtomobilin üzərindəki sayrışan işıqları yandırıb və yüksək sürətlə irəliləyib. Şahidlərin sözlərinə görə, öz yolu ilə hərəkət edən sürücülər polis avtomobilinin gəldiyini gördükdə təhlükəli manevrlər edərək ona yol verməyə məcbur olublar.

Polis əməkdaşının avtomobili hərəkətdə olduğu vaxt bir neçə müşahidə kamerasının altından da keçib. Qeyd edək ki, həmin yolda maksimal sürət saatda 120 km-dir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri