21 
Apr
2017
12:46
18
105
2751
Virtual karabakh

İri və xırdabuynuzlu heyvanlar bu magistral yolda hərəkəti iflic edir – VİDEO

21 Apr, 2017
12:46
2751

İri və xırdabuynuzlu heyvanlar bu magistral yolda hərəkəti iflic edir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax magistralının Ağdaş ərazisindən keçən hissəsində sakinlər heyvanlarını otlağa aparmaq üçün sürətlə gedən avtomobillərin arasından yolu keçməlidirlər. Bu da sürücülərə qəza şəraiti yaradır.

Heyvan sahibləri bildirir ki, onların keçdiyi ərazidə heyvanlar üçün keçid yoxdur.

Oxu.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, səhər saatlarında heyvanlar otlağa gedəndə və axşam geri qayıdanda yolda qəzalara səbəb olur.

Kənd sakinləri heyvanları örüş sahələrinə aparmaq üçün yolu keçirmək məcburiyyətindədirlər. Heyvanlar sürü ilə keçəndə isə yolda hərəkət dayanır.

Sakinlər bildirir ki, heyvan üçün keçid olmadığına görə belə vəziyyət yaranır. Heyvan keçidləri də uzaqda olduğundan heç kim getmək istəmir. 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, magistral yolda nəzərdə tutulan yerlərdə heyvan keçidləri qoyulub. Sakinlərin dediyi ərazi də heyvan keçidinə təxminən 1 km. ərazidədir. Ona görə onlar özlərinə uyğun olan keçidlərdən istifadə etməlidirlər.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri