26 
Apr
2017
12:39
15
224
16263
Virtual karabakh

Bakının mərkəzində dəyişiklik: Sürücülər cərimələnir – VİDEO

26 Apr, 2017
12:39
16263

Bakının mərkəzində dəyişiklik: Sürücülər cərimələnir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, ötən gün paytaxtın Nəsimi rayonunun Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev sarayının arxasında) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılıb. Analoji işlər Bakının Nəsimi rayonunun Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılıb.

Yeni rəngləmədən sonra “Beşmərtəbə”dən Heydər Əliyev Sarayına gedən yolda, parkı keçdikdən sonra əslində sola dönməlisiniz. Ancaq çox sürücü yolun yeni rənglənməsindən xəbərdar olmadığı üçün düzünə hərəkət edir və YPX dərhal həmin sürücüləri saxlayaraq cərimələyir.

Sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edirik.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri