May
2017
12:19
16
135
4673
Virtual karabakh

Bakıda 4 yolun kəsişməsinə gedən yol bağlanır

4 May, 2017
12:19
4673

Bakıda 4 yolun kəsişməsinə gedən yol bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq may ayının 4-dən 5-nə keçən gecədən etibarən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 

Oxu.Az-ın “Azəravtoyol” ASC-ə istinadən verdiyi məlumata görə, hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək. 

Avtonəqliyyat vasitələri üçün sözügedən yola giriş yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin binasının yerləşdiyi yoldan 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq. Həmçinin, həmin kəsişmədən Biləcəri qəsəbəsinin mərkəzinə getmək də mümkün olmayacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində alternativ yollardan istifadə etməkləri tövsiyə olunur”, - deyə xəbərdə qeyd edilib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri