15 
May
2017
10:04
42
837
49501
Virtual karabakh

DYP: Dəhşətli qəzada 6 yox, 5 nəfər ölüb – FOTO + YENİLƏNİB

15 May, 2017
10:04
49501

DYP: Dəhşətli qəzada 6 yox, 5 nəfər ölüb – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, mayın 12-də Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Lakin Baş Dövlət Yol Polisi İdarəsindən avtosfer.az-a bildirilib ki, qəza nəticəsində ölənlərin sayı 5 nəfər olub. Onlardan 3-ü “Veysəloğlu” şirkətinin işçisidir.

13.05.2017 (10:50)

Ötən gün Yevlax rayonunda baş verən dəhşətli qəzada həlak olan “Veysəloğlu” şirkətinin işçilərinin kimliyi məlum olub. 

Oxu.Az-ın məlumatına görə, dünyasını dəyişən altı nəfərdən üçü adıçəkilən şirkətin Bərdə lokal ofisinin əməkdaşları olub. 

Bunlar satış təmsilçiləri 1993-cü il təvəllüdlü Zülqədərli Zülqədər Üzeyir oğlu, 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu və 1992-ci il təvəllüdlü merçendayzer Allahverdiyev Zahir Həsən oğludur.

12 may (21:58)

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub. 

Ölənlərdən üçü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub. 

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

21:13

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri