13 
May
2017
17:58
14
347
6990
Virtual karabakh

Paytaxtda iki avtomobil toqquşub, ölən var

13 May, 2017
17:58
6990

Paytaxtda iki avtomobil toqquşub, ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. 

Əməliyyat saat 12:04-də başa çatıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri