15 
May
2017
11:47
17
216
16800
Virtual karabakh

Bakı-Quba yolunda qəza: Ölənlər və xəsarət alanlar var – YENİLƏNİB

15 May, 2017
11:47
16800

Bakı-Quba yolunda qəza: Ölənlər və xəsarət alanlar var – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin adları müəyyənləşib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər Natəvan Hüseynova və onun qızı Aytəndir.

Xəsarət alan şəxslər isə Bakı şəhər sakinləri, 1991-ci il təvvəllüdlü Kənan Şükürov və 1992-ci il təvəllüdlü Afət Ağayevadır.

K. Şükürovun vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

11:20

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 101-ci km, Siyəzən rayonu ərazisində “Changan” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib. Yanğınsöndürən-xilasedicilər “Changan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər yaralı və 2 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:00-da başa çatıb.

10:56

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb. 

Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri