16 
May
2017
09:43
26
150
6961
Virtual karabakh

Bakıda yağışdan sonra yolları su basıb, sürət aşağı salınıb – FOTO

16 May, 2017
09:43
6961

Bakıda yağışdan sonra yolları su basıb, sürət aşağı salınıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 15-i axşam saatlarından başlayaraq Bakıya güclü yağış yağıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda - Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Yağış bir neçə saat davam etsə də, yollarda problem yaranmayıb. Yalnız Ziya Bünyadov prospektinin bəzi yerlərində gölməçələr əmələ gəlib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdi. Xəbərdarlıqda bildirilirdi ki, mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri