17 
May
2017
18:50
40
235
6806
Virtual karabakh

Avtomobil bazarında qiymətlər artıb

17 May, 2017
18:50
6806

Avtomobil bazarında qiymətlər artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda cari ilin aprel ayında minik avtomobilləri 1,6% bahalaşıb. Velosipedlərin qiymətində isə 1,2% artım qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report Dövlət Statistika Komitəsinə istinadən xəbərə verir.

Minik avtomobilləri yanvarda 0,8%, fevralda 0,6% bahalaşıb, mart ayında isə sabit qalıb. Velosipedlərin qiymətində isə yanvarda 1,2%, fevralda 1,4%, martda 1,2% artım müşahidə olunub. 

Rəsmi statistikaya əsasən, apreldə 1 minik avtomobili üçün orta qiymət 31 min 893,65 manat, velosiped üçün isə 161,15 manat təşkil edib.

Qeyd edək ki, minik avtomobillərinin qiymətləri illik müqayisədə 10,5%, velosipedlərin qiymətləri 15,3% artıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri