18 
May
2017
23:58
15
283
4124
Virtual karabakh

Şəkidə “Shacman” piyadanın üstündən keçib

18 May, 2017
23:58
4124

Şəkidə “Shacman” piyadanın üstündən keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə 47 yaşlı kişinin üstündən yük maşını keçib.

Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə mayın 18-i günorta saatlarında Şəki şəhərinin Oğuz şosesi adlanan ərazisinin yaxınlığında baş verib.

Rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Abdurəhmanov idarə etdiyi “Shacman” markalı yük maşınını arxaya sürərkən yük maşınının arxasında olan Böyük Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Yunis Nəzər oğlu İsmayılovun üstündən keçib.

Hadisədən sonra üç övlad atası olan, 47 yaşlı Yunis İsmayılov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri