19 
May
2017
09:11
10
177
2231
Virtual karabakh

Bakıda taksi sürücülərinin müştəri üstündə davası: Bıçaqlanan var

Bakının Nizami rayonu ərazisində taksi sürücüləri arasında bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə metropolitenin “Koroğlu” stansiyası yaxınlığında qeydə alınıb.

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1995-ci il təvəllüdlü Orucov Elnur Asif oğlu digər taksi sürücüsü ilə müştəri üstündə əlbəyaxa olub. Nəticədə E.Orucov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Z.Q.
www.oxu.az

Digər Avto-Moto xəbərləri