19 
May
2017
10:53
210
34
13160
Virtual karabakh

Bakıda rəis müavininin “Mercedes”i vurulub – FOTO + VİDEO

19 May, 2017
10:53
13160

Bakıda rəis müavininin “Mercedes”i vurulub – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Tofaş” markalı avtomobildə “Koroğlu” metro stansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 1974-cü il təvəllüdlü Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və burada kənarda duran “Mercedes”ə çırpılıb.

Hadisə nəticəsində “Tofaş”ın sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

“Mercedes”in Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərliyə məxsus olduğu bildirilir.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri