19 
May
2017
18:41
583
56
11892
Virtual karabakh

Bakıda yol polisi yolda qalan sürücüyə qarşı elə bir jest etdi ki... – FOTO

19 May, 2017
18:41
11892

Bakıda yol polisi yolda qalan sürücüyə qarşı elə bir jest etdi ki... – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol polisi yolda qalmış xanım sürücüyə kömək edib.

Oxu.Az xəbər verir ki, Səkinə adlı sürücü avtosfer-ə yol polisinin nümunəvi hərəkəti ilə bağlı fotolar göndərib.

Xanım sürücü bildirib ki, bu gün səhər saatlarında işə gedərkən Babək prospektinin sonunda - Yusif Səfərov küçəsinə gedən yolayrıcında maşının təkəri partlayıb və boşalıb: 

“Maşını sağa çəkib saxladım. Bu zaman yol polisi mənə yaxsınlaşıb dayanmağımın səbəbini soruşdu. Biraz həyəcanlandəm. Çünki onlar haqqında o qədər mənfi fikir formlasdırıblar ki, həyəcanlanmamaq mümkün deyildi. Amma tam əksi oldu. Mənə kömək etmək istədiyini bildirdi. Qısası, özləri mənim maşınımın təkərini dəyişdilər. Mənə çox təəccüblü gəldi, dedim yəqin, axrda hörmət etməyimi istəyəcəklər. Lakin yenə də tam eksi oldu, həyat yoldaşım gələnə qədər özləri təkəri dəyişdilər. Hətta yoldaşım gələndə də yenə də özləri axıra kimi işi gördülər. Biz də onlara çox minnətdarlığımızı bildirdik.

Polislərin razılığını aldım, dedim, bunu paylasacam və sizinlə paylaşıram ki, bəzi insanların beyin yarımkürələrində azacıq da olsa müsbət hisslər formalaşsın. Sizdən xahiş edirəm, bu məlumatı paylaşasınız ki, camaat insani xaraketerə sahib olan yol polislərinin olduğunu bilsin”.

Avtosfer.az bildirir ki, xanım sürücüyə kömək edən yol polisi 99 YP 416 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan Bakı şəhər DYP-nin Yol-Patrul Xidməti Alayının polis baş serjantı Ayxan Allahyarovdur.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri