19 
May
2017
21:48
273
29
6625
Virtual karabakh

Sükan arxasında qaydaları pozmaqla “fəxr edənlər” həbs oluna bilərlər – VİDEO

19 May, 2017
21:48
6625

Sükan arxasında qaydaları pozmaqla “fəxr edənlər” həbs oluna bilərlər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sükan arxasında qayda pozaraq görüntüləri sosial şəbəkələrdə yayan sürücülər həbs oluna bilərlər.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına əsasən, bu il ərzində 18 sürücü sosial şəbəkədə yayılan görüntülər əsasında məsuliyyətə cəlb edilib. Belə pozuntulara daha çox yol verənlər isə adətən tanınmış simalar olur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, belə faktlar dəfələrlə qeydə alınıb və xətanı törədənlər həbs edilib.

Bölmə rəisinin sözlərinə görə, edilmiş xətaların sosial şəbəkələr vasitəsi ilə yayılması halları ən çox məşhurlar arasında baş verir ki, bu da təəssüfləndirici faktdır. Çünki həmin şəxslər öz hərəkətləri ilə cəmiyyətə örnək olmalıdırlar.

Vaqif Əsədov deyir ki, hətta film və klip çəkilişlərində belə icazə alınıb, təhlükəsizlik təmin edilmədən qayda pozan şəxslər də cərimə olunacaqlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri