İyl
2017
17:24
150
14
3792
Virtual karabakh

Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb – FOTO + VİDEO

7 İyl, 2017
17:24
3792

Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba-Rusiya avtomobil yolunun 13-14-cü km-lik (Bakı-Sumqayıt yolu) hissəsində, Masazır dairəsində yeni keçid hissə yaradılıb.

Bu barədə Oxu.Az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, avtonəqliyyat vasitələrinin əsas yoldan köməkçi yola təhlükəsiz keçidini təmin etmək məqsədilə köməkçi yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Genişləndirilmiş hissəyə yeni asfalt-beton örtüyü döşənib.Təhlükəsizlik məqsədi ilə köməkçi yola 20 ədəd siqnal dirəkləri və 10 ədəd yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa, əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb.

Bu işlər imkan verir ki, avtonəqliyyat vasitələri Masazır dairəsinə daxil olmadan əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət etsinlər. Bu isə öz növbəsində Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını almış olacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri