11 
İyl
2017
10:47
21
106
10955
Virtual karabakh

Manaf Ağayev qəzaya düşdüyü deyilən “qohumundan” danışdı

11 İyl, 2017
10:47
10955

Manaf Ağayev qəzaya düşdüyü deyilən “qohumundan” danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Hacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi VAZ-2106 markalı, 63 BA 432 dövlət nömrə nişanlı avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi “Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində ölən və yaralananlar var. “Niva” markalı avtomobilin sürücüsünün isə tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu bildirilir.

Müğənni bununla bağlı Oxu.Az-a açıqlama verib: “Həmin şəxsi tanımıram. O, mənim qohumum deyil”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri