11 
İyl
2017
13:35
29
213
4344
Virtual karabakh

Ağdaşda DYP-nin təqib etdiyi sürücü avtomaşını aşırdı

11 İyl, 2017
13:35
4344

Ağdaşda DYP-nin təqib etdiyi sürücü avtomaşını aşırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunda Dövlət Yol Polis (DYP) əməkdaşlarının təqibindən qaçmağa çalışan sürücü avtomobilini kanala aşırıb.

Oxu.Az Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cücüklü kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Elməddin Məmməd oğlu Məmmədov “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının “saxla!” əmrinə tabe olmayıb. YPX əməkdaşları onu təqib etməyə başlayıblar. Yüksək sürətlə hərəkətdə olan sürücü idarəetməni itirib və avtomobili yolun kənarılndakı kanala aşırıb.

Nəticədə sürücü E.Məmmədov ağır bədən xəsarətləri alıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, E. Məmmədovun müalicə və müayinəsi davam edir, vəziyyəti ağırdır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri