11 
İyl
2017
20:49
32
241
6542
Virtual karabakh

“Hyundai”dan daha bir şikayət – “Santafe”nin mühərriki dağıldı

11 İyl, 2017
20:49
6542

“Hyundai”dan daha bir şikayət – “Santafe”nin mühərriki dağıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəy rayonu sakini “Hyundai Auto Azərbaycan”dan avtomobil aldı, amma çox keçmədi ki, avtomobilinin mühərriki dağıldı. 

Oxu.Az-ın məlumatına görə, big.az-a Gədəbəy rayon sakini Nahid Allahverdiyevdən daxil olan şikayət məktubunda bildirilir ki, o, kreditlə “Hyundai Santafe” markalı, 99-EO-021 dövlət nömrə nişanlı avtomobil alıb. 

Aldığı avtomobilin mühərrikində 25 aprel 2017-ci il tarixində nasazlıq yaranıb. Usta mühərriki sökən zaman isə avtomobilin mühərrikində zavoddan qüsur olduğu aşkarlanıb. 

Avtomobilin zəmanətində 100 min kilometrlik möhlət verilsə də, avtomobil 75 min kilometrdə artıq dağılıb. 

Vətəndaş kreditini tam ödəyib. Zəmanət sənədləri ilə sözügedən şirkətə yaxınlaşan rayon sakininə servisə müraciət etmək lazım olduğunu, bu problemin servisdə həllini tapacağını bildiriblər. 

Servis isə mühərrikin yağının başqa bir ünvanda dəyişdirildiyini əsas gətirərək zəmanət qaydalarını pozub və avtomobilin mühərrikini təmir etməkdən boyun qaçırdıb. Bunu görən Nahid Allahverdiyev isə 4 min manat xərc çəkərək avtomobilinin mühərrikini təmir elətdirib.

Müraciətdə həmçinin o da bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsə də, eləcə də, digər aidiyyati qurumlara müraciət etsə də, onun müraciətinə baxılmayıb.

Avtomobil nəqliyyatı üzrə ekspert Elməddin Muradlı bildirib ki, “Hyundai” avtomobilləri ilə bağlı son günlər belə şikayətlərin sayının çoxaldığını, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirib: 

“Rəsmi müqavilə varsa, məhkəməyə müraciət edilə bilər. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin İstehlakçıların hüquqlarını müdafiə idarəsinə müraciət etmək lazımdır. Son günlər “Hyundai” avtomobilləri ilə bağlı belə şikayətlərin sayı çoxalıb. 

Mühərrikin tez sıradan çıxması, təhlükəsizlik kəmərlərinin nasaz olması, yəni qəza zamanı açılmaması, ötürücü qurğuların sıradan çıxması və bu kimi hallar insanları narahat edir. Bu da düşünürəm ki, əsassız deyil. Görünür, Azərbaycan üçün yığılan “Hyundai”lar ucuz başa gəlsin deyə, keyfiyyət məsələsi arxa plana keçir. Vətəndaşlar belə hallarda şirkətə qarşı iddia qaldırıb məhkəmədə öz haqqını tələb etməlidir”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri