12 
İyl
2017
11:20
7
126
3562
Virtual karabakh

Avtomobil dərəyə aşdı: Ağır xəsarət alan sürücü komadadır – FOTO

12 İyl, 2017
11:20
3562

Avtomobil dərəyə aşdı: Ağır xəsarət alan sürücü komadadır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın report-a istinadən verdiyi məlumata görə, rayonun Vəlvələ kənd sakini, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev idarə etdiyi 90-FZ-930 dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpılaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması alıb və koma vəziyyətində Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri