13 
İyl
2017
01:36
5
193
4803
Virtual karabakh

Bakıda sürücünün yuxulaması ağır qəzaya səbəb olub – FOTO

13 İyl, 2017
01:36
4803

Bakıda sürücünün yuxulaması ağır qəzaya səbəb olub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Süleymanov Yasin Vaqif oğlunun idarə etdiyi “Foton Ollin” markalı özəl şirkətə məxsus kiçik tutumlu yük maşınının sürücüsü sükan arxasında yuxulayıb.

Nəticədə “Foton Ollin” eyni istiqamətdə hərəkətdə olan Şükürov Elmir Sahib oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı Y.Süleymanov ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri