13 
İyl
2017
13:47
10
175
10419
Virtual karabakh

Ali məktəbə qəbul olan gənclərin – FACİƏSİ + FOTO

13 İyl, 2017
13:47
10419

Ali məktəbə qəbul olan gənclərin – FACİƏSİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az lent.az-a istinadən bildirir ki, hadisə Alar kəndindəki 1 saylı orta məktəbin qarşısında qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Rzayev Şəmsi İlqar oğlu və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Qarayev Ələmdar Qoşqar oğlu Günəşli kəndində yaşayan repetitorun yanından kəndə qaydırımış. Qəzaya düşən avtomobildəki gənclər orta məktəbi bu il bitiribmiş və ali təhsil üçün imtahan veribmiş. Onlar sabah Lənkəranda keçiriləcək növbəti imtahana hazırlaşırmış.

Bildirilir ki, hər iki gənc daha əvvəl keçirilmiş imtahanlarda yüksək bal toplayaraq ailə məktəbə qəbul olunub. Lakin onlar ballarını artırmaq üçün oxumağa davam ediblər. Onlar Alar kəndindəki 2 saylı orta məktəbi bu il bitiriblər.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri