14 
İyl
2017
12:04
21
237
16757
Virtual karabakh

Əsgərliyi bitirib gələrkən qəzada ölən gənclərin görüntüləri yayıldı – VİDEO

14 İyl, 2017
12:04
16757

Əsgərliyi bitirib gələrkən qəzada ölən gənclərin görüntüləri yayıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə hərbi xidmətini başa vurub evə qayıdarkən avtomobil qəzasına düşərək ölən əsgərlərin fotolarından ibarət video yayılıb.

Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda əsgərlərin ailəsi, dostları ilə və məzuniyyət günündə çəkdirdiyi fotolar yer alıb. 

Eyni zamanda, onların uşaqlıq şəkilləri də videoya yerləşdirilib.

Xatırladaq ki, iyulun 6-da, səhər saatlarında Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində dəhşətli yol qəzası baş verib.

99 AU 738 dövlət qeydiyyat nişanlı, “Daewoo” markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yanacaq doldurmaq üçün dayanmış “Shacman” markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.

Hadisə vaxtı “Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Behbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Avtomobildə olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.

Qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər. Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri