15 
İyl
2017
12:25
54
428
12070
Virtual karabakh

Gəncədə ana və oğlunu vurub qaçan sürücü saxlanıldı – VİDEO

15 İyl, 2017
12:25
12070

Gəncədə ana və oğlunu vurub qaçan sürücü saxlanıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Baş Prokurorluqdan bildirilib.

Belə ki, iyulun 14-də saat 22 radələrində Gəncə şəhəri, Nizami küçəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyada - 1987-ci il təvəllüdlü Aynurə Abbasovanı və onun azyaşlı oğlu 2012-ci il təvəllüdlü Məhəmməd Abbasovu vurub hadisə yerindən qaçması və onların aldığı xəsarətlərdən ölmələri faktına görə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “QAZ-3110” markalı, 32-BB-254 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şərifov İqbal Yaşar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

15 iyul, 02:06

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın yaxınları hadisə yerinə gələn təcili tibbi yardım işçilərinə qarşı fiziki təzyiq göstəriblər.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, naməlum avtomobil gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən Gəncə şəhər sakini, 34 yaşlı Aynurə Məmmədovanı və övladını vurub. Nəticədə qadın hadisə yerindəcə ölüb, onun övladı isə ağır xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşını çağırılıb. Lakin qəza zamanı dünyasını dəyişən piyadanın yaxınları tibbi yardım maşının sürücüsünə və həkimə qarşı təzyiq göstəriblər. Zərərçəkənin yaxınları hadisə yerinə gec gəldiklərini irad tutaraq tibb işçilərinə yumruq və təpik zərbələri endiriblər. Nəticədə sürücü və həkim xəsarət alıb.

Qeyd edək ki, hadisə nəticəsində ağır xəsarət alan uşaq Gəncədəki özəl xəstəxanaların birinə yerləşdirilib. 

APA saytının məlumatına görə, həkimlərin səylərinə baxmayaraq uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qəzanı törədən “QAZ-3110” markalı avtomobilin sürücüsü isə nəqliyyat vasitəsini hadisə yerində qoyaraq qaçıb.

Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb, sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri