14 
İyl
2017
22:09
13
277
5541
Virtual karabakh

Saatlıda ağır yol qəzası – 1 ölü, 3 yaralı

14 İyl, 2017
22:09
5541

Saatlıda ağır yol qəzası – 1 ölü, 3 yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır vyol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Soltanabad kənd sakini, 51 yaşlı Əli Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. 

Hadisə zamanı avtomobildə olan 3 yaşlı Fatma Əli qızı Ağayeva hadisə yerindəcə ölüb. Habelə avtomobilin sürücüsü, onun qızı, eləcə də ailənin biri azyaşlı olmaqla, daha iki üzvü müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. 

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri