15 
İyl
2017
20:48
16
273
4788
Virtual karabakh

Daşkəsən-Gəncə yolunda qəza: Yaralananlar var - YENİLƏNİB

15 İyl, 2017
20:48
4788

Daşkəsən-Gəncə yolunda qəza: Yaralananlar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən-Gəncə yolunda baş vermiş avtomobil qəzasında xəsarət alanların adları məlum olub.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bunlar dövlət qeydiyyat nişanı “35-BS-441” olan “VAZ -2107” markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Vüqar Qəmbər oğlu Məhərrəmov, maşında olan sərnişinlər, Daşkəsən rayon sakinləri - 1987-ci il təvəllüdlü Əntiqə Məhəmməd qızı Məmmədova, 1981-ci il təvəllüdlü Minayə Əhəd qızı Qurbanova və Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Xanlar Səfər oğlu Əhmədovdur.

Hadisə zamanı dövlət qeydiyyat nişanı “16-BL-305” olan “ZİL” markalı yük maşınının sürücüsü, Daşkəsən rayon sakini, Rövşən Bilal oğlu İsmayılov isə alın nahiyəsindən yüngül xəsarət alıb.

20.22

Daşkəsən-Gəncə yolunun 3-cü km-də 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, taksi kimi fəaliyyət göstərən Vüqar adlı sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobil “ZİL” ilə toqquşub.

Nəticədə taksinin sürücüsü və maşında olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri