22 
İyl
2017
09:56
281
60
19644
Virtual karabakh

Polis avtomobilin nömrəsinə “seks” yazan sürücünü cəzalandırdı – FOTO

22 İyl, 2017
09:56
19644

Polis avtomobilin nömrəsinə “seks” yazan sürücünü cəzalandırdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.

Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə dünən “Beşmərtəbə” dairəsi yaxınlığında baş verib. 

Belə ki, idarə etdiyi “BMW” markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə müdaxilə edən sürücü Anar Şükürov saxlanılıb. 

Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX həriflərinin əvvəlinə plamastrla S hərfi artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub. Belə ki, o, bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək standartdan kənar vəziyyətə gətirib. 

EX seriyasını “SEX” kimi göstərən sürücü saxlanılaraq avtomobili cərimə meydançasına salınıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri