Avq
2017
15:41
26
198
6101
Virtual karabakh

Benzin bahalaşmasından sonra avtomobillərin qiyməti artıb – VİDEO

8 Avq, 2017
15:41
6101

Benzin bahalaşmasından sonra avtomobillərin qiyməti artıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik həcmli, eləcə də, dizel mühərrikli avtomobillərin qiymətində artım olacağı proqnozlaşdırılır.

Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV avtomobil bazarından reportaj hazırlayıb.

İlk diqqət çəkən məqam bazarın boş olması idi. Satıcılar mövsümlə bağlı alıcı qabiliyyətinin əvvəlki kimi olmadığından, artıq alış-verişin həftənin yalnız bazar günü gerçəkləşdiyini dedilər. Bu vəziyyət həm də internet üzərindən satışların ənənəvi avtomobil bazarını sıxışdırması ilə izah edilir.

Bazarda satıcı və alıcıların dediyinə görə isə daha az yanacaq sərf edən minik avtomobillərinin qiymətində artım var.

“4 həftədir, gəlirəm. Benzin sərfiyyatı az olan avtomobil axtarıram. Qane eləmir, çox bahadır. 2 ay qabaq 8-9 minə aldığımız nəqliyyat vasitələri indi 12-13 mindir”, - deyə alıcı bildirib.

Satıcıların sözlərinə görə, son 2 ayda real alıcı yoxdur: “Hamı gəlir, soruşur, çıxır gedir. 1,6 motorlular 12 min, 15 min arasında dəyişir. Əvvəllər ucuz idi”.

Qiymətində bahalaşma müşahidə edilən digər avtomobillər isə dizel mühərrikli olanlardır.

Avtomobil alveri ilə məşğul olanlar deyir ki, iri həcmli mühərriki olan nəqliyyat vasitələrinin qiyməti dəyişməyib. Amma alıcısı azalıb.

Ucuz avtomobillərə üz tutanların həm yanacaq sərfiyyatı, həm də ehtiyat hissələrinə görə həmişə üstünlük verdiyi Rusiya istehsalı nəqliyyat vasitələri indi bazarda az görünsə də, istəyin aşağı olmadığı deyilir.

Bazarda sözügedən avtomobillərin qiymət artımının növbəti həftələrdə də davam edəcəyi gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri